2019/01/16 Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkəmizin Fransadakı səfirliyi və Azərbaycan-Fransa Dialoqu Assosiasiyası (ADFA) tərəfindən Lion şəhərində muğam axşamı təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin müşaviri Vaqif Ağayev çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən (AXC), ötən il onun 100 …
